“Xırdalan dairəsi”ndən Bakı istiqamətində hərəkət məhdudlaşdırılacaq" - Sürücülərin diqqətinə

img

10-05-2018 [14:54]


Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 11-16-cı km-lik hissəsində "Xırdalan dairəsi”ndən Bakı şəhəri istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi ilə əlaqədar olaraq saat 23:00-dan etibarən hərəkət məhdudlaşdırılacaq.

Bu barədə "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyi birgə məlumat yayıb.

Bildirilib ki, rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq: "Sürücülərdən həmin istiqamətdə qeyd olunan saatlarda alternativ yollardan istifadə etmələri tövsiyə olunur”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA