AZAL-a xəbərdarlıq edildi - Nöqsanlara yol verib

img

10-05-2018 [14:50]


"Azərbaycan Hava Yolları” QSC-də (AZAL) aparılmış auditin nəticəsi olaraq dövlət əmlakından istifadə olunması sahəsində müəyyən edilmiş qanunvericiliyin pozulması halları barədə Əmlak Məsələləri Dövlət Komitəsinə məlumat göndərilib.

Mia.az APA-ya istinadən xəbər verir ki, "Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında" adlı hesabatda qeyd olunub.

"Təqdim edilmiş məlumata görə, komitə tərəfindən bağlanılan icarə müqaviləsinin şərtlərinə əsasən ikinci əldən başqa istifadəçilərə icarə verilməsinə yol verilməməsi barədə xəbərdarlıq məktubu göndərilib. Həmçinin, komitə əməkdaşları tərəfindən müvafiq monitorinqlərin keçirildiyi dövlət əmlakının istifadəsi ilə bağlı yol verilmiş nöqsanların aradan qaldırılması tələbi barədə bir daha xəbərdarlıq məktubunun göndərildiyi barədə Hesablama Palatasına məlumat verilib", - deyə məlumatda vurğulanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA