Meriya ?AXCP-Müsavat? seçki blokunun mitinqinə icazə vermədi

img

15-10-2010 [12:31]


Bakı Şəhər icra Hakimiyyəti ?AXCP-Müsavat? seçki blokunun 17 oktyabr aksiyasına icazə verməyib. Meriya müxalifətin göstərdiyi yerlərdə aksiya keçirilməsini məqsədəuyğun hesab etməyib. Bu barədə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib. Onun sözlərinə görə, əvvəlkindən fərqli olaraq cavabda şəhər kənarındakı yerlər də təklif olunmur və bildirilir ki, namizədlər üçün görüş yerləri ayrılıb. AXCP yetkilisi onu da vurğulayıb ki, bu, faktiki olaraq seçki dövründə sərbəst toplaşma azadlığı ilə bağlı qadağanın aradan qaldırılmadığını göstərir. F.Qəhrəmanlı bildirib ki, aksiya ilə bağlı yekun qərar blok rəhbərliyinin bu günkü toplantısından sonra açıqlanacaq. O, AXCP-Müsavat blokunun aksiya keçirməkdə qərarlı olduğunu deyib: ?Bizim hazırlıqlarımız razılaşdırılmış aksiyaya olub. Əgər 17 oktyabrda olmasa biz növbəti tarixə aksiya təyin edəcəyik. Və bu halda Bakı Şəhər İcra Hakimiyyətinin qərarından asılı olmayaraq biz sərbəst toplaşma haqda qanunun tələbinə uyğun olaraq aksiya keçirəcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA