Güzəştli mənzillərlə bağlı yaranan problem hansı qurumun yarıtmazlığıdır? - Ekspert NRYTN-ni suçlayır

img

10-05-2018 [11:28]


Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) satışa çıxardığı sosial mənzilləri almaq istəyən insanların ciddi çətinliklə üzləşməsi barədə xəbər vermişdik. "Elektron hökumət” portalında qeydiyyatdan keçərək mənzil seçmək istəyən vətəndaşlar problemlə üzləşiblər. 

Belə ki, sistemdə yaranan nasazlıq ucbatından mənzil seçə bilməyənlər vətəndaşlar mətbuata üz tutublar.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Mənzil İnşaatı Dövlət Agentliyi ilə birgə yaydığı məlumatda qeyd olunur ki, ilk mənzillərin seçimi mərhələsində "Elektron hökumət” portalında və "Güzəştli mənzil” sistemində vətəndaşların daxilolmalarının və apardıqları əməliyyatların sayı kütləvi xarakter daşıyıb. 07 may 2018-ci il tarixində saat 11-50-yə qədər "Güzəştli mənzil” sisteminə ümumi müraciət 60184, eyni anda qeydə alınan qoşulma sayı isə 16 000-dən çox olub. Buna görə də portal artıq yüklənməyə məruz qalmış və müraciətlərin eyni anda qeydə alınmasında qısa müddətli ləngimə yaranaraq nasazlıq baş verib. Belə ki, sistem tərəfindən növbələşdirilən ilk müraciətlər qəbul olunaraq emal edilib, növbəti müraciətlər isə gözləmə mövqeyinə göndərilib”, – deyə məlumatda vurğulanıb.
Bu hal vətəndaşlar arasında ciddi narazılığa səbəb olub.

Mia.az məsələnin ciddiliyini nəzərə alaraq bu barədə ekspertin fikirlərini öyrənib.

İqtisadçı kibernetik Həsən Babayev yaranmış vəziyyəti saytımıza şərh edərən bildirib ki, xoşagəlməz  hal NRYTN-nin məsuliyyətsizliyi ucbatından baş verib: 
2015-09-10-10-24-28hesen-babayev-jurnal.jpg (545×340)

"Bildiyiniz kimi, MİDA rəsmisi mətbuata açıqlama verərək məsuliyyəti "Elektron hökumət” portalının üzərinə atdı. Hesab edirəm ki, hər iki qurumun mətbuata birgə açıqlamasında heç bir üzrxahlığın yer almaması vətəndaşlara qarşı sayğısızlıqdır. Problemi qurum yaradıb və buna görə də vətəndaşlar narazı qalıblar. Bu məsələnin birinci tərəfi. 
Digər tərəfdən, hər bir İT proyekti yaradılarkən əvvəlcədən onun strateji planı hazırlanır. Hədəflər müəyyən edilir, qarşıya çıxacaq problemlər analiz edilərək risklər dəyərləndirilir. Sistem ən sərt şəkildə sınaqdan keçirildikdən sonra istifadəyə verilir. Dünya təcrübəsində bu belədir. Qurumların birgə yaydığı açıqlamada qeyd olunur ki, sistem əlavə yüklənməyə məruz qalıb. Əvvəla, güzəştli mənzillərlə bağlı müraciətlərin statistikası aparılır. Əvvəlcədən məlum idi ki, nə qədər müraciət daxil olub. Sistem hansı səvyyədə yüklənməyə məruz qala bilər. Hər iki qrumun aparıcı mütəxəssisləri müraciət sayını, bundan yarana biləcək yüklənməni nəzərə alaraq qabaqlayıcı tədbirlər görə bilərdilər. Yəqin ki, heç bir birgə müzakirə aparılmayıb. Bütün bunlar ölkəbaşçısının gördüyü müsbət işlərə xələl gətirməkdən başqa bir şey deyil". 

Ekspert onu da vurğulayıb ki, NRYTN-də köhnədən yığılıb qalan problemlər bir az da artıb və təəssüflər osun ki, o problemlərin həlli istiqamətində nazir hələki bir addım atmağı düşünmür. 

"Misal olaraq ölkədə internetin hansı vəziyyətdə olmasını, dövlət provayderlərinin yarıtmaz fəaliyyətini,mobil operatorların soyğunçuluğunu, poçt şöbələrində "sistem donub işləmir” kimi məsələləri göstərmək olar. Ona görə də güzəştli mənzilləin satışı ilə bağlı "Elektron hökumət” sisteminin "donma”sı sadaladıqlarımın davamıdır”. 
Eyni zamanda, Azərbaycanda bu sahədə çox ciddi kadr çatışmazlığı problemi var. Yaranan problemin kökündə həm də yüksək ixtisaslı, peşəkar kadrların olmaması dayanır. Təəssüflər olsun ki, nazirlik kadr hazırlığı işində hələki bir yenilik etməyi düşünmür” - deyə H.Babayev fikrini tamamlayıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA