10-05-2018 [11:05]
"Azərsu” ASC "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasını davam etdirir. Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən "Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Ağdaş şəhərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir.
Mia.az xəbər verir ki, ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 47 min nəfər şəhər əhalisinin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
Əhalini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün ilkin mərhələdə 8 subartezian quyu qazılıb, sugötürücü kamera, xlorator binası və ümumi tutumu 7000 kubmetr olan 2 su anbarı inşa edilib. Su mənbələrindən şəhərə 8 km uzunluğunda 2magistral kəmər çəkilərək mövcud şəbəkə ilə birləşdirilib, yeni laboratoriya binası, nasos stansiyası və istehsalat bazası inşa edilib. Layihəyə uyğun olaraq Ağdaş şəhərində 143 km içməli su, 124 km kanalizasiya şəbəkələri tikilib, abonentlərə ev birləşməsi verilərək sayğaclar quraşdırılıb.
Layihənin növbəti mərhələsində 4 ədəd yeni subartezian quyusunun qazılması, həcmi 5000 kubmetr olan yeni su anbarının tikintisi nəzərdə tutulub. Su mənbəyindən şəhərə qədər 6,7 km uzunluğunda ikinci magistral su xəttinin 6,2 km-lik hissəsi inşa edilib. Şəhərin su və kanalizasiya şəbəkələrinin tikintisinin tamamlanması məqsədilə işlər davam etdirilir. 44,7 km içməli su şəbəkəsinin 10 km-lik, 61,2 km kanalizasiya şəbəkəsinin isə 22,2 km-lik hissəsində işlər başa çatdırılıb.
Layihə çərçivəsində Ağdaş Sukanal İdarəsi üçün müasir tipli yeni inzibati binanın tikintisi də davam etdirilir.
Ağdaş şəhərində tullantı suların təmizlənib kənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada10 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisinə hazırlıq görülür.
Yeni layihənin icrasına qədərAğdaş şəhərində 1950-1960-cı illərdə yaradılmış su təchizatı və kanalizasiya sistemlərindən istifadə olunurdu. Şəhərə içməli su Türyançayda quraşdırılmış drenaj sistemi vasitəsilə fasiləli rejimdə verilirdi. Şəhərdə mövcud olmuş içməli su və kanalizasiya şəbəkələri bütün abonentləri əhatə etmirdi və istismara yararsız vəziyyətə düşmüşdür.
Qeyd edək ki, "Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” çərçivəsində Ağdaş şəhəri ilə yanaşı, Göyçay, Beyləqan və Ağcabədi şəhərlərinin də su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulmuşdur. Artıq Göyçay və Beyləqan şəhərlərində şəbəkələrin tikintisi yekunlaşıb, Ağcabədi şəhərində isə tikinti-quraşdırma işlərinin bu il başa çatdırılması nəzərdə tutulur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi