Nazirlik fiziki şəxsi 27 ağaca görə prokurorluğa verdi - 12450 manat da cərimə var

img

10-05-2018 [10:07]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Sabunçu rayonu Yeni Ramana qəsəbəsində yaşköküstə 4-34 sm diametrliyində 27 ədəd müxtəlif cinsli ağacın kəsildiyi aşkar edilib.

Mia.az nazirliyə istinadən bildirir ki, araşdırma zamanı ağacların Yeni Ramana qəsəbə sakini Elbrus İsmayılov tərəfindən kəsildiyi və  təbiətə 12450 manat məbləğində ziyan dəydiyi məlum olub:

"Faktla bağlı akt tərtib edilib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş  Prokurorluğuna  göndərilib".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA