Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

img

10-05-2018 [10:00]


Azərbaycan prezidenti İlham Əliyev Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Mia.az xəbər verir ki, dövlət başçısı Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla anıb.

Azərbaycan Respublikasının dövlət himni səslənib.

Sonra dövlət başçısı akademik Zərifə Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyub.

Mərasimdə dövlət və hökumət üzvləri, Milli Məclisin deputatları iştirak ediblər.

Bu gün Heydər Əliyevin anadan olmasının 95 il ötür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA