Ermənistan-Azərbaycan sərhədində saxlanılan 6 nəfərlə bağlı AÇIQLAMA

img

09-05-2018 [18:15]


Ermənistanın ərazisinə qanunsuz girməyə cəhd edən altı əcnəbi Banqladeş vətəndaşıdır.

Mia.az virtualaz.org-a istinadən bildirir ki, bunu Ermənistan müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Viqen Sarkisyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

"Sərhəd pozucuları Banqladeş vətəndaşlarıdır. Onlar Ermənistan Milli Təhlükəsizlik Xidmətinə veriliblər", - deyə Sarkisyan vurğulayıb. O, başqa detallar barədə məlumat verməyib.

Azərbaycan Müdafiə Nazirliyi isə altı nəfər insanın Ermənistana keçidi haqda informasiyanı təsdiq etmir.

"Belə informasiya yoxdur", - deyə nazirlikdən qısaca bildiriblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA