Rəsmi Ankaradan Trampın İranla bağlı qərarına ilk şərh: "Bu, yeni qarşıdurmalar yaradacaq"

img

09-05-2018 [00:04]


"ABŞ-ın İranla əldə edilmiş nüvə anlaşmasından imtina etməsi etimadsızlıq və yeni qarşıdurmalar yaradacaq".

Bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın ABŞ-ın dövlət başçısı Donald Trampın ölkəsinin İranla əldə edilmiş nüvə anlaşmasından çıxması barədə qərarına münasibət bildirərkən qeyd edib.

"İranla bağlanmış çoxtərəfli anlaşma digər ölkələrlə davam etdiriləcək. Türkiyə hər cür nüvə silahı istehsalına qarşı mövqeyini bundan sonra da müdafiə edəcək", -  deyə İ.Kalın bildirib/Teleqraf.com.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA