ABŞ İranla sazişdən çıxdı, Tramp Tehranı sərt hədələdi: "Əvvəllər rastlaşmadığı problemlə üzləşəcək"

img

08-05-2018 [22:47]


"Birləşmiş Ştatlar İranın nüvə proqramı üzrə sövdələşmədən çıxıb".

Bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

Amerika lideri Tehranı sazişin şərtlərinə zidd olaraq uranın zənginləşdirilməsində və qadağan olunmuş silah istehsalında ittiham edib.

Onun sözlərinə görə, İran hətta razılaşmaya əməl etsə belə, ölkə qısa müddət ərzində nüvə silahı yarada bilər.

Trump həmçinin bildirib ki, Tehran nüvə işləmələrini davam etdirəcəyi təqdirdə, əvvəllər rastlaşmadığı problemlə üzləşəcək. Amerika lideri qeyd edib ki, İran yeni nüvə razılaşması bağlamalı olacaq və ABŞ danışıqlara hazırdır/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA