Sənədsiz evlərə necə çıxarış almaq olar? – Ekspertdən şərh + Video

img

08-05-2018 [21:11]


"Əgər bir vətəndaş ən azı 30 il sənədsiz də olsa hər hansı bir daşinmaz əmlaka sahiblik edirsə, həmin əmlakın qanuni mülkiyyətçisinə çevrilir. O, bunun üçün çıxarış ala bilər”.

Xəzər Xəbər-in məlumatına görə, hətta müəyyən istisnalarla bunu 10 il müddətinə sahiblik edənlər də ala bilər. Amma gərək həmin əmlak üzərində mübahisə olmasın. Söhbət hansı mübahisələr və istisnalardan gedir?

Hüquqşunas Xəyal Bəşirov deyir ki, bunun üçün öncə vətəndaş dövlət əmlak reyestrinə müraciət etməlidir.

Hüquqşunasın sözlərinə görə, bəzi hallarda vətəndaşlar özlərinin xəbərləri olmadan da hər hansı bir əmlak üzərində qeydiyyata alınırlar. Bu zaman əgər həmin qeydiyyatın üzərindən 10 il keçirsə, vətəndaş daşınmaz əmlakın dövlət reystərinə müraciət edərək qanuni yolla əmlaka mülkiyyətçilik hüququ ala bilər.

Hüquqşunas deyir ki, dövlət orqanı mülkiyyət veməkdən imtina edərsə, həmin şəxsin məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququ var.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA