Yeni nazir Sahil Babayev kadr islahatına başladı: aparat rəhbəri və 3 şöbə müdiri işdən çıxarıldı

img

08-05-2018 [19:05]


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün  bir neçə vəzifəli şəxsin ərizələrini alıb.

Bu barədə nazirlikdən Mia.az-a verilən məlumata görə, nazirliyin aparat rəhbəri Əjdər Cəbiyev, Daxili nəzarət şöbəsinin müdiri Soltan Hacıyev, Kadr və kadr hazırlığı şöbəsinin müdiri Qurbanəli Əsədov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev artıq işdən çıxarılıblar: "Bu gün saat 16.00 radələrində nazir həmin şəxslərin ərizələrini aldı".

Məlumata görə, nazirlikdə kadr islahatları davam edəcək.

Əldə etdiyimiz məlumata görə, vəzifədən çıxarılan mətbuat katibi Elman Babayevin vəzifəsi müvəqqəti olaraq şöbənin sektor müdiri Pərviz Cəfərova həvalə olunub. 

 Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA