Putin Azərbaycan prezidentinə məktub göndərib

img

08-05-2018 [14:46]


Rusiya prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində qazanılan qələbənin 73-cü ildönümü münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib.

V. Putin Azərbaycanın dövlət başçısı ilə yanaşı Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, eləcə də tanınmamış Abxaziya və Cənubi Osetiya respublikalarının liderlərinə təbrik məktubu göndərib.

Rusiya lideri Gürcüstan və Ukrayna liderlərini təbrik etməsə də, Kremlin saytında bu ölkələrin vətəndaşlarına təbrik mətni yer alıb.

Təbrikdə Putin Qələbə gününün bəşəriyyəti faşizmdən xilas etmək uğrunda müqəddəs tarixin, xalqlarımızın birliyinin və qəhrəmanlığının simvolu olduğunu vurğulayıb. Rusiya prezidenti müharibə veteranlarına dərin təşəkkürünü bildirib, onlara can sağlığı və uzun ömür arzulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA