Abid Şərifovun daha bir vəzifəsi əlindən alındı - Komissiya sədrliyindən də gedib

img

08-05-2018 [12:19]


Xəbər verdiyimiz kimi Baş nazirin müavini Abid Şərifov Azərbaycan Prezideni İlham Əliyev müvafiq sərəncamı ilə vəzifəsindən çıxarılıb.

Belə ki, Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncama əsasən, onun yerinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov təyin edilib. 

Mia.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə Abid Şərifov daha bir vəzifəsini də itirib.Belə ki, keçmiş Baş nazirin müavini həmçinin Fövqəladə hallar üzrə Dövlət Komissiyasının sədri vəzifəsindən kənarlaşdırılıb.

Bu barədə açıqlama verən Abid Şərifov Fövqəladə hallar üzrə Dövlət Komissiyasının sədri vəzifəsini icra etmədiyini təsdiqləyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA