Körpələr evindən oğurluq edən qalmaqallı baş həkim işdən çıxarıldı - VİDEO

img

08-05-2018 [11:23]


Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evi ətrafında yaranan qalmaqaldan sonra müsəssisənin baş həkimi Nəhayət Əliyeva işindən kənarlaşdırılıb.

Mia.az baku.ws-ə istinadən xəbər verir ki, körpələr evi ətafında yaranan qalmaqallı hadisədən sonra baş həkim işdən çıxarılıb və onun səlahiyyətlərini müvəqqəti olaraq müavini icra edir.

Məsələyə aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlanıldı. Nazirlikdən bildirdilər ki, baş verən hadisə ilə bağlı araşdırmalara başlanılıb. Araşdırmalar aparıldığı müddətdə Nəhayət Əliyeva vəzifədən kənar qalacaq.

Qeyd edək ki, bir qədər əvvəl müğənni Rəqsanənin qızı Aysun 1 saylı körpələr evindən oğurluq olması iddiası ilə çəkdiyi görüntüləri sosial şəbəkədə yaymışdı. Videoda körpələr evinin işçilərinin valideyin himayəsindən məhrum olan uşaqların qaldığı binanın girişindən böyük ağ torbalarla Prado markalı maşına daşındığı əks olunurdu.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA