08-05-2018 [11:17]
Bu gün Azərbaycanın mədəniyyət beşiyi – Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 26-cı ili tamam olur.
O Şuşa ki, 1992-ci il may ayının 7-dən 8-nə keçən gecə işğal olunub.
300 kvadrat kilometr ərazisi olan Şuşa şəhərində həmin dövrdə 24.900 əhali yaşayıb. İşğal zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil olub.
İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbi, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı darmadağın ediblər...
Modern.azsaytı Şuşanın işğal günündə şuşalılarla həmsöhbət olub. Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun qızı Gülnar Səfərova Modern.az-a 26 ildir ki, Şuşasızlığın nə demək olduğunu xatırladıb. Gülnar Səfərova deyir ki, Şuşa işğal olunanda 12 yaşı var idi.
"O vaxtlar məktəbli idim. Yadımdadır ki, 4-cü sinfi Şuşada başa vura bilmədim. O qədər pis olmuşdum ki!... İndi evdə övladlarıma Şuşa ilə bağlı xatirələrimi danışanda işğal tarixini ürək ağrısı ilə xatırlayıram. "Siz şükür edin ki, müstəqil ölkədə yaşayırsız. Amma biz uşaqlıq görmədik” deyirəm. İnanın, biz şirin yuxuda olanda valideynlərimiz bizi evin zirzəmisinə aparırdılar ki, atəşə tuş gəlməyək. O qədər başımızın üstündə havaya atəş açılıb ki!.. Balaca qardaşım qulaqlarını tutub yatırdı. Mənfur düşmənlər bizə uşaqlıq yaşamağa imkan vermədilər”.
Gülnar Səfərova Şuşa ilə bağlı daha bir acı xatirəsini bizimlə bölüşüb:
"Şuşadan mənə daha bir acı xatirə qalıb. Elə bilirəm ki, bu, həmişə belə olacaq. Ən gözəl günlərimizdə, müqəddəs bayramlarımızda təşkil olunan atəşfəşanlıq mənə acı xatirə yaşadır. Biz Şuşada olanda başımızın üstündə o qədər atəş açılmışdı ki!.. Amma bu atəş xoşbəxtliyimizin simvolu deyildi. Gecələr düşmən silahları səmamızı işığa yox, zülmətə boyayırdı. Ona görə də hər atəşfəşanlığı görəndə o günlər yadıma düşür. Atəşfəşanlıq mənə Şuşamızı çarəsiz formada xatırladır. Bir anlıq Şuşaya, qaçaqaç, didərgin vəziyyətlərimizə qayıdıram”.
"Övladlarım Şuşa eşqi ilə yaşayır”
"Uşaq yaddaşı ağ kağızdır” deyirlər. Bir də uşaqlar həmişə ata-anasını xoş, gülərüz görəndə çox sevinir. Amma mənim yaşıdlarıma bu nəsib olmadı. Evdə atamı-anamı həmişə narahat gördüm. Onların qayğısı təkcə ailə, uşaq qayğısı olmadı.. Onlar həm də vətən qayğısı ilə yükləndilər. Bu qayğı, bu həsrət bu gün də yaşayır. Evimizin hər guşəsində Şuşa var. Şuşada doğulmayan övladlarım belə hər gün Şuşaya qovuşmaq həsrəti ilə yaşayır”.
12 yaşında Şuşanı tərk etmək məcburiyyətində qalan Gülnar xanım həmin günlərdə atasının səngərlərdə olduğunu belə xatırlayır:
"Hər gecə atam, əmilərim evdə olmurdu. Onların günü səngərlərdə keçirdi. Evimizdə heç vaxt Şuşanın itirilməsi qorxusu olmayıb. Yadımdadır ki, həmin narahat gecələrdən biri idi. Ağlamağa başladım və atama dedim ki, "bu gecə getməyin, evimizə "Alazan” düşəcək”. Atam dedi ki, "qorxma, evimiz ocağın (pir) yanındadır. Sizə heç nə olmayacaq”. Doğrudan da, həmin gecə evimizə "Alazan” raketi düşdü. Xoşbəxtlikdən bizə heç nə olmadı. Bu acı xatirələr heç vaxt məni tərk etməyəcək. Dünyanın ən xoşbəxt bölgəsinə getsək də, Şuşa bizim üçün həmişə əvəzolunmaz qalacaq. Şuşa bir başqa yerdir. Şuşanın hər bir qarışını uşaq təxəyyülümlə xatırlayıram. Təəssüf ki, indi Şuşa bizim üçün əlçatmazdır. Amma xəyallarımızda, yuxularımızda hər gecə Şuşaya gedirik. Ümid həmişə var. Şuşaya qayıdacağımız günü səbirsizliklə gözləyirəm”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi