?AXCP-Müsavat? siyasi partiyalar blokunun namizədi Razi Nurullayevin namizədliyi qeydə alınmadı

img

12-10-2010 [07:35]


?AXCP-Müsavat? siyasi partiyalar blokundan MİA-ya verilən məlumata görə, Dairə seçki komissiyalarının qanunsuz əməlləri, namizədlərin qeydiyyatından qanunsuz imtinalar və namizədlərə, onlara imza verənlərə qarşı təzyiqlər səngimir. ?AXCP-Müsavat? siyasi partiyalar blokunun 12 saylı Qaradağ-Binəqədi-Yasamal, 23 saylı Nəsimi-Səbail, 90 saylı Ağdaş, 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairələrində namizədləri Məmməd Zeynalov, Razi Nurullayev, Həmid Azəri və Qələndər Aslanovun imza vəqərələrindəki imzaları dairə seçki komissiyası əsassız olaraq saxta elan edərək onları qeydiyyata almaqdan imtina ediblər. Blokun 48 saylı Yevlax seçki dairəsində namizədi Şəkər İsgəndərliyə imza toplayan Sadıqova Ülviyyə Telman qızına ən müxtəlif təzyiqlər göstərilib. Belə ki, Yevlax rayonu İcra hakimiyyəti ictimai əlaqələr şöbəsinin müdiri Hümbət Əhmədov Sadıqova Ülviyyəni İcra Hakimiyyətinə apararaq, gecə saat 11-ə kimi orada saxlayıb. Ülviyyə Sadıqova orada İcra Hakimiyyətinin şöbə müdirləri Hümbət Əhmədov və Zərifə Məmmədova, ?Kür? qəzetinin redaktoru Əminə Əhmədova tərəfindən təhqir və həqarətlərə məruz qalıb. Onu işdən çıxarılacağı, vəhhabilərlə əlaqəsi olduğuna görə cinayət məsuliyyətinə cəlb edəcəkləri ilə təhdid edərək, Şəkər İsgəndərlinin xeyrinə topladığı imzalardan imtina etməyə məcbur ediblər. Blokun 67 saylı Cəlilabad şəhər seçki dairəsində namizədi Təzəxan Mirələmliyə qarşı ən müxtəlif təzyiq metodları il heç bir nəticə əldə edə bilməyən DSK sonda ona qarşı fiziki təzyiqdən də çəkinməyib. Belə ki, DSK-nın katibi İsa Allahverdiyev onu otağına çağıraraq, namizədə fiziki təzyiq göstərib, Təzəxan Mirələmli bu haqda rayon prokurorluğuna müraciət etsə də, onun həkim-ekspert komissiyasından keçməsi haqqında tələbi hələ də yerinə yetirilməyib. 94 saylı Bərdə kənd seçki dairəsində blokun namizədi Elnur Məcidlinin qeydə alınması üçün imza edənlərə təzyiqlər göstərilərək, onlardan imzaları anlaqsız vəziyyətdə verdikləri və imzalardan imtina etmələri haqqında izahatlar alıblar. Bu işlərə Göyüşlü kəndində inzibati ərazi üzrə nümayəndə Yaşar Şirinov, Mollaəhmədli, Mollaisalı, Sərkarlar kəndlərində inzibati ərazi üzrə nümayəndə Şahin Baxışov rəhbərlik edib. Blokun 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsində namizədi Sabir Musayevin DSK tərəfindən sənədləri qəbul edilərkən, müvafiq sənədlərin verilməsi haqqında arayış təqdim olunmasına baxmayaraq, ona sonradan maliyyə hesabatı vermədiyini və bunun ciddi irad hesab etdiklərini bildiriblər. 111 saylı Zaqatala-Balakən seçki dairəsində blokun namizədi Fikrət Alqayevin namizədliyinin qeydə alınması üçün imza verənlərə qarşı total hücum başlayıb. Bu, daha çox özünü Üçüncü Tala kəndində göstərib. Sahə müvəkkili və kənd icra nümayəndəsi qapı-qapı düşərək seçiciləri işdən çıxarmaqla, kiçik təsərrüfatı olanları isə vergi xidməti işçiləri vasitəsilə cəzalandıracaqlarını bildirməklə hədələyirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA