Prezident ilham Əliyev Dövlət Neft Şirkətinin 200 metr hündürlüyündə 42 mərtəbəli yeni inzibati binasının təməlini qoyub

img

12-10-2010 [07:26]


Oktyabrın 12-də Bakının Heydər Əliyev prospektində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yeni inzibati binasının təməlqoyma mərasimi keçirilib.Prezident İlham Əliyev mərasimdə iştirak edib. ARDNŞ prezidenti Rövnəq Abdullayev məlumat verib ki, inşa ediləcək yeni inzibati bina şirkətin tələblərini tam ödəməklə yanaşı, müasir beynəlxalq standartlara cavab verəcək. İki yüz metr hündürlüyündə olacaq binanın 40 mərtəbəsi yerüstü, 2 mərtəbəsi isə yeraltı olmaqla, ümumilikdə 5 hektar sahəni əhatə edəcək. Binanın konstruksiyası dəmir-beton divarlı və polad konstruksiyalı kompozit sistemə əsaslanacaq. Rixter cədvəli üzrə 9 ballıq zəlzələyə davamlı olacaq binanın layihəsi Kanadadakı xüsusi beynəlxalq laboratoriyada saatda 190 kilometr külək sürətinə hesablanmış virtual şəraitdə sınaqdan keçirilib. Koreya Respublikasının ?Heerim Architects & Planners Co. Ltd? şirkətinin ?külək-alov? konsepsiyası əsasında layihələndirdiyi binanı Türkiyənin ?TEKFEN İnşaat? şirkəti tikəcək. Dövlət başçısı gilizi bünövrəyə buraxıb və beton qarışığı tökən qurğunun düyməsini basıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA