MİDA-nın sistemində problem yarandı - Mənzillərin hamısı satıldı + Şəhid ailələrindən narazılıq

img

07-05-2018 [17:14]


Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) satışa çıxardığı sosial mənzilləri almaq istəyən insanlar ciddi çətinliklə üzləşiblər.

Mia.az xəbər verir ki, bu barədə report-a qurumun Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu-8 ünvanında inşa etdiyi Yasamal Yaşayış Kompleksində mənzil almaq istəyən şəxslər məlumat verib.

Onlar qeyd ediblər ki, mənzillərin satışa çıxarıldığı e-gov.az saytına saat 10:00-dək daxil olmaq mümkün olub, lakin 10:00-dan sonra sayt işləməyib.

"Yeddi cəhddən sonra sistemə yalnız saat 11:08-də daxil ola bildim. Həmin vaxt 260 mənzildən cəmi 6-sı qalmışdı. Onlardan birini seçmək istədim. Lakin bu da mümkün olmadı", - adının çəkilməsini istəməyən vətəndaş bildirib.

Vətəndaşların bir qismi isə sistemdən avtomatik olaraq uzaqlaşdırılıb. Bu gün saat 11:10-da, yəni mənzillərin satışa başlandığı 1 saat 10 dəqiqə keçəndən sonra bütün 260 mənzilin hamısının satıldığı məlum olub. Məsələ ilə bağlı MİDA açıqlama verməyib.

Qeyd edək ki, bu gündən etibarən MİDA Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında inşa etdiyi Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 saylı binalarında mənzillərin satışına başlayıb. Satış avqustun 7-nə qədər davam edəcək. Kompleks ərazisində ümumilikdə 29 binanın tikintisi nəzərdə tutulub.

*** 

Mia.az xəbər verir ki, güzəştli mənzil almaq istəyən şəhid ailəsi üzvləri də bu imkanlardan yararlana bilməyiblər. Bu barədə saytımıza müraciət edən şəhid ailəsi üzvü F.Məmmədova deyib ki, oğlu da tələb olunan sənədləri təqdim etsə də, eletron sistemdəki problem üzündən, sisetmə daxil ola raq seçim edə bilməyib. 

"Ümumiyyətlə, elan olunan şərtlər demək olar ki, şəhid ailələrinin əksəriyyətinin imkanları çərçivəsində deyil. Çünki uzunmüddətli kredit üçün tələb olunaan əməkhaqqı ölkə əhalisinin böyük əksəriyyətində yoxdur. Oğlum evlidir, iki övladı var. Onun üçün üçotaqlı mənzil lazımdır. Hazırkı şərtlərə görə isə onun əməkhaqqı ilə yalnız birotaqlı ev almaq olar. O da sistemə daxil ola bilsə. Bir sözlə, hesab edirik ki, güzəşt olunanları sırasında birinci yerdə şəhid ailələri gəlsələr də, onların bu imkandan yararlana biləcəyi sual altındadır". 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA