Nazirliyin qurğuları “Azərsu”ya verildi - Açıqlama

img

07-05-2018 [16:18]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balanasında olan modul tipli sutəmizləyici qurğular martın 1-dən "Azərsu” ASC-nin balansına verilib.

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, Azərbaycan rayonlarında olan 460 ədəd modul tipli sutəmizləyici qurğu vasitəsilə 481 kəndə xidmət göstərilir: "Həmin kəndlərin təxminən 690 min əhalisi var”.

A.Cəbrayıllı bildirib ki, təmsil etdiyi qurum tərəfindən həmin kəndlərdən supulu yığılmır:

"Ümumi istifadə üçün bulaqlar qoyulub. Elektrik enerjisi xərcləri dövlət hesabına ayrılan vəsait hesabına ödənilir”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA