"Onlar ciddi cəza alacaqlar" - Əli Əhmədovdan saxta dərman satışına reaksiya

img

07-05-2018 [14:21]


"Bütün dünyada olduğu kimi Azərbaycanda da saxta dərman satışı halları qeydə alınır. Buna qarşı da daim mübarizə aparılır".

Bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməliyyatları saxta dərman satanlara qarşı zərbə olacaq: "Onlara tövsiyəmiz odur ki saxta dərman satışı ilə məşğul olmasınlar. Çünki bu, insan sağlamlığı üçün çox ziyanlıdır. Kimsə bu fəaliyyətini davam etdirəcəksə onlar ciddi cəza alacaqlar".

Ə.Əhmədov qeyd edib ki, saxta dərman satışı ilə məşğul olmaq ən böyük cinayətdir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA