Yeni nazirdən kadr islahatına şərh: "Hələ vəziyyətlə tanış oluruq..."

img

07-05-2018 [11:43]


 "Ekologiya və Təbii Sərvətlər Nazirliyindəki yenilik ilk növbədə bundan sonra daha açıq şəkildə çalışmaq olacaq".

Bunu yeni təyin edilmiş ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib.

"Bundan sonra ictimaiyyətlə daha sıx işləyəcəyik. Müzakirə olunmalı bir çox məsələlər var. Bu sahə ilə bağlı ümidləri doğrultmağa çalışacağıq", - o qeyd edib. 

Nazirlikdə yeni struktur islahatları aparılmasının gözlənilib gözlənilməməsi ilə bağlı isə nazir deyib ki, hələ bu barədə danışmaq tezdir: "Hələ vəziyyətlə tanış oluruq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA