07-05-2018 [08:21]
Qoç - görüləsi işlər az deyil. Bu səbəbdən də fəaliyyət planı hazırlayın və həmin plana ən kiçik xırdalıqlara qədər riayət edin. Risk etməyin, düşünülməmiş addımlar atmayın. İmkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Ağır işlərə başlamayın. Yerinə yetirə bilməyəcəyiniz öhdəliklər verməyin. Maliyyə fonu uğurlu deyil. Əldə etdiyiniz pulları xərcləməyə tələsməyin.
Günün əvvəlində əhvalınız pis olmasa da, axşam saatlarına yaxın səhhətinizdə problemlər yarana bilər. Ehtiyatlı olun.
Buğa - səbrli olun. Hadisələr ləng inkişaf edir. Hətta ən sadə işlər və proseslər gözləntilərinizin tam əksinə olaraq çox vaxt alır. Yaxınlarınızla münasibətlərin rəvan olmasına çalışın. Ən mürəkkəb məsələlərin müzakirəsində belə, ciddi mübahisələrin və ixtilafların yaranmasına imkan verməyin. Əks təqdirdə əlaqələrdə əhəmiyyətli problemlər yarana bilər.
Günün maliyyə fonu uğurludur. Gəlirlər istisna deyil. Bilik, bacarıq və təcrübənin artırılması, dünyagörüşünün genişləndirilməsi, yaradıcılıq fəaliyyəti üçün əlverişli zamandır. Səfər və ya səyahət uğurlu alınacaq, pozitiv emosiyalar bəxş edəcək. Maraqlı tanışlıqlar istisna deyil.
Əkizlər - görüləsi işlər çoxdur. Yaxınlarınız sizdən probelmlərin həllini və məqsədə doğru aparan yoldakı maneələrin dəf edilməsini gözləyirlər. İmkanlarınızın hədsiz olmadığınızı, güc və qüvvənizin məhdudluğunu onlara anlada bilməyəcəksiz. Sizi yaxınlarına yardım etməməkdə, eqoizmdə suçlayacaqlar.
Qəfil gəlir sayəsində alış-veriş etmək, vaxtınızı xoş keçirmək, sevdiyiniz insanı hədiyyə ilə sevindirmək şansları yaranacaq. Yeni tanışlıqlar asanlıqla yaranacaq. Lakin ilkin təəssürata aldanmayın, hisslərin əsiri olmayın. Ləyaqətsiz və mənəviyyatsız adamın toruna düşə bilərsiniz.
Xərçəng - asan, rahat, xoş gündür. Dostlarla ünsiyyət və romantik görüş üçün əlverişli zamandır. Səmimi, gülərüz olun. İndiyədək sizə rəğbət bəsləməyən insanları belə, əməkdaşlığa və ya tərəfdaşlığa cəlb edə bilərsiniz. Qəfil romantik etiraf istisna deyil.
Sizi tərifləyəcəklər.
Yaşam potensialının səviyyəsi yüksəkdir. Ağır fiziki işlərlə məşğul olsanız da, yorulmayacaqsınız. Fiziki işlərdə xeyir var.
Axşam saatlarında məşqə yollanmaq olar.
Şir - bu gün başalyacağınız istənilən işin hesabladığınızdan artıq vaxt tələb edəcəyinə hazır olun. İlk əvvəl situasiya maraqlıdır, çünki gecikmə və təxirəsalmaların səbəbləri absurd təsir bağışlayır. Lakin bir qədər sonra yaşananlar sizi sinirləndirəcək, qıcıqlandıracaq.
Günün ortalarında güzəştə getməlisiniz. Yaxınlarınızla münasibətlərinizdə problemlər yaratmamaq üçün müəyyən planlardan imtina etmək gərəkdir.
Soyuqqanlı, təmkinli olun.
İstənilən, hətta rutin və sadə iş zamanı ehtiyatlı olun. Kəsici və dəlici əşyalarla davranışda travma riski var.
Sayıq davranın.
Qız - yeni maraqlar və işlər yaranır, yaradıcılıq potensialının səviyyəsi artır. Sizinlə çalışmaq istəyənlərin sayı artır. Yeni tanışlıqlar istisna deyil. Onlardan biri uzunmüddətli və harmonik romantik münasibətlərin təməlini qoya bilər.
Pullarla ehtiyatlı olun. Maliyyə vəsaitinizin qədrini bilin, bədxərclik etməyin. Günün ikinci yarısında işgüzar məsələləri müzakirə etmək məsləhət deyil. Müzakirə mövzusu nə qədər aktual və mühüm təsir bağışlasa da, onu ertələyin.
Tərəzi - süst və ətalətli olmayın. Peşəkar fəaliyyət müstəvisində istiqamət, çalışdığınız interyeri dəyişmək olar. Yola çıxmazdan əvvəl diqqətli olun, hazırlığı yarımçıq başa vurmayın. Yalnız belə darvansanız, yaxşı nəticələr əldə edə bilərsiniz.
Günün maliyyə fonu əlverişlidir. Anlaşmalar və ya sövdələşmələrə nail ola bilərsiniz. Qəfil hədiyyələr istisna deyil.
Axşam saatlarında xoş və romantik etiraf gözləyin.
Əqrəb - qətiyyətli, inadkar, iradəli olun. Qarşınıza qoyduğunuz məqsədlərə çatmağa çalışın. Günün ilk yarısında yaxın ətrafınızdakı insanlarla fikir ayrılıqları ola bilər. Dəyər verdiyiniz insanlarla mübahisəni qarşıdurmaya çevirməyin.
Günün ikinci yarısı önəmli məsələlərin müzakirəsi və ünsiyyət üçün münasibdir.
Spontan alış-veriş etməyin. Belə davranış yalnız bədxərclikdir. Nəzərdə tutduğunuz əşyaları ala bilərsiniz. Gün ərzində kiçik ağrılar hiss etsəniz də, axşam saatlarında əhvalınız yaxşılaşacaq.
Oxatan - intellektual potensialınız yüksəkdir. Çətin məsələlərin həllində və problemlərin çözülməsində soyuqqanlı olun. Tapmacalar, həlli ilk baxışdan mümkünsüz durumlar olacaq. Peşəkar fəaliyyət müstəvisindəki aktivliyi artırın. Yeni ideyalar yaranacaq. Onları müzakirə edəcəyiniz adamla təmasda olun. Yaramaz və məkrli insanlarla planlarınızı bölüşməyin.
Ətrafınızdakı insanları dəyərləndirəndə yanılmayın. Yeni tanışlıq üçün münasib zamandır. Maraqlı insan, yaradıcı şəxsiyyətlə qarşılaşa bilərsiniz. Axşam saatlarındakı təmaslar yaşamınızda əhəmiyyətli dəyişikliklərə səbəb olacaq.
Oğlaq - maraqlı saymadığınız işləri görmək məcburiyyətində qalacaqsınız. Üstəlik, faydalı sanmadığınız sifariş və tapşırıqlar alacaqsınız. Tapşırıq nüfuzlu insandan gəldiyi üçün imtina variantlarını nəzərdən keçirməyin. Maliyyə durumunu nəzarətdə saxlayın. İmkanlarınızın yol verdiyindən artıq pul xərcləməyin. İtkilərlə sonuclanacaq səhvlər və yanlışlıqlara yol verməyin.
Axşam saatlarında romantik sürpriz ola bilər. Sevdiyiniz insan əhvalınızı yaxşılaşdıracaq. Yeni tanışlıqlara can atmayın, tələskənlik etməyin. Əlaqələr qurmaq istədiyiniz insanın kim olduğunu dəqiqləşdirin.
Dolça - mürəkkəb, qarışıq, çalxalanmaların yaşanacağı gündür. Əsəbi və qıcıqlı olmayın. İşlər planlaşdırdığınız təki getməsə, narahat olmayın. Planlar pozularsa, sinirlənməyin, müşkülün həll yollarını arayın. Tələsməyin, məqsədə çatmaq üçün aramla addımlamaqda xeyir var. Dostlar və ya qohumlardan birindən mühüm informasiya alacaqsınız. Gəlirlər o qədər də çox olmayacaq.
Axşam saatları romantik təmaslar və görüşlər üçün əlverişlidir. Sakit, rahat olun. Sabah gərəyiniz olacaq qüvvə və güc toplamaq üçün zəruri tədbirləri görün.
Balıqlar - gün kiçik anlaşılmazlıqlar və ailə üzvlərindən biri ilə mübahisədən başlaya bilər. Əhvalınızı korlamayın. Yaranmış situasiyanı uzun-uzadı müzakirə etmək, münasibətləri aydınlaşdırmağa dəyməz. Əvvəlcədən hazırladığınız planlardan birindən imtina etməli olacaqsınız.
Sonrakı saatlarda şərait uğurludur. Çətin və mürəkkəb saydığınız işə başlaya bilərsiniz. Aldığınız işgüzar məziyyətli təklifləri ciddi şəkildə nəzərdən keçirin, tələskənliyə yol verməyin. Köhnə dost özünü xatırladacaq. Sevdiyiniz insanı sevindirin.
Milli.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi