06-05-2018 [11:41]
Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevin bu rayonda yeni inşa edilən Olimpiya İdman Kompleksinin qarovulçusunu şəxsən döyüb burnunu sındırması barədə əhvalatın səs-küyü səngiməmiş daha bir rayonda analoji hadisə baş verib. Bu dəfə Qax rayonunda icra başçısının müavini sahibkarı kabinetinə çağıraraq döyüb, onun sifətinə kəllə ilə zərbə endirib və xəsarət yetirib. Sahibkarın burnu qanayıb, o canını məmurun əlindən birtəhər qurtararaq yerli prokurorluğa şikayət edib.
Bu haqda məmurun kəllə zərbəsinə məruz qalan yerli sahibkar Mustafa Muxtarov özü "AzPolitika” portalına danışıb. O deyir ki, mayın 1-də icra başçısının müavini Elbrus Tağıyev ona zəng vurub, qaynanasına məxsus mağazanın məsələsi ilə bağlı görüşə çağırıb. Sahibkar mayın 2-də məmurun qəbuluna gedib. E.Tağıyev ona deyib ki, mağazanın yerləşdiyi ərazi ilə bağlı şikayət var. Guya hansısa şəxs onlardan şikayət edib, ərazinin qanuni sahibi olduğunu bildirib.

"Mən etiraz etdim, bildirdim ki, əgər həmin adamın əlində qanuni sənədi varsa qoy məhkəməyə müraciət etsin. Siz bu işə niyə qarışırsınız və təziq edirsiniz? Bu vaxt Elbrus Tağıyev özündən çıxdı, yerindən qalxıb üstümə yeridi, əvvəl yaxamdan yapışıb dartışdırdı. Sonra kəllə ilə sifətimə zərbə vurdu, burnumdan qan açıldı. Mən onun əlindən qurtarıb, sənədləri də götürüb otağı tərk etdim. Arxadan polisə qışqırdı ki, "bu zibili götürün rədd edin burdan””-Mustafa Muxtarov başına gələnləri belə nəql edir.
Elbrus Tağıyev
Muxtarov oradan çıxandan sonra birtəhər icra hakimiyyətinin başçısı Musa Şəkiliyevin qəbuluna düşüb, başına gələnləri ona danışıb. Şəkiliyev əvvəlcə müavini "tənbeh edəcəyini” deyib, amma sonra özü də Muxtarovdan "köhnə inciklikləri” yada salıb və onun özünü tənbeh edib. Nəticədə sahibkar prokurorluğa şikayət verməli olub. Amma kəllə vuran müavinlə bağlı cinayət işinin qaldırılması barədə məlumat yoxdur.
Vaqif Abdullayev
Və yəqin ki, belə cinayət işi qaldırılmayacaq. Çünki Beyləqanın icra hakimiyyətinin başçısı Vaqif Abdullayevin qoruduğu obyektdən metal konstruksiyaları oğurlamaqda şübhələndiyi (bu şübhələr isə təsdiqini tapmayıb) qarovulçu Rahil Əliyevi şəxsən döyüb burnunu sındırması, ona ağır küçə söyüşləri yağdırması, hətta şəhidin ruhunu təhqir etməsi faktı barədə indiyə qədər nəsə tədbir görən olmayıb. Hansı ki, zərərçəkən icra başçısının ona necə hücum çəkdiyini bütün təfərrüatları ilə sosial şəbəkələrdə yayılan videomüraciətində nəql edib, Vaqif Abdullayevin onu döyərkən bərk sərxoş olduğunu da danışıb.
Qarovulçu Əliyev
Bunlar rayonlardakı "balaca padşahların” vətəndaşlarla necə davrandığına dair çoxsaylı nümunələrdən ancaq ikisidir. Hansı ki, əvvəllər belə davranışlar hətta kütləvi iğtişaşlara və etirazlara da gətirib çıxarmışdı… (virtualaz.org)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi