Bakıda mikroavtobus avtomobillə toqquzdu, 1 nəfər ölüb, 10 nəfər xəsarət alıb

img

11-10-2010 [03:53]


Bakıda ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 10-da saat 14.10 radələrində Qaradağ rayonu ərazisində Elnur Kərimovun idarə etdiyi "Hyundai" markalı avtomaşınla Qobustan qəsəbə sakini Nurbala Babayevin 155 ?-li xətt üzrə idarə etdiyi "Mercedes-410" markalı mikroavtobus toqquşub. Nəticədə E.Kərimovun sərnişinlərindən anası Vəzifə Kərimova hadisə yerində ölüb. Xəsarət alan hər 2 sürücü və E. Kərimovun digər sərnişini, həyat yoldaşı İlahə, habelə N. Babayevin sərnişinləri, Sahil qəsəbə sakinləri İlahə Mirzəyeva, Akif Daşdiyev, onun həyat yoldaşı Səidə, Mərcan Yusifova, onun gəlini Svetlana, nəvələri İlahə və Gülnar xəstəxanaya yerləşdiriliblər. İ. Kərimovanın vəziyyətinin ağır, E. Kərimovun, N. Babayevin və A. Daşdiyevin vəziyyətləri qənaətbəxş olduğu bildirilib. Digərlər şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar. Faktla bağlı DİN-in Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA