06-05-2018 [00:29]
Qoç - düşündüklərinizi söyləməyin, bir qədər düşünün. Yaxın ətrafınızdakı insanlar ən kiçik nöqsanları da nəzərdən qaçırmır, sizi sərt tənqid edirlər. Problemləri həll edərkən aqressiv olmayın və yeni çətinliklər yaratmayın. Münaqişələrə yol verməmək üçün yaxşı bələd olmadığınız insanlarla təmasları minimuma endirin. Yarımçıq qalmış işləri tamamlayın. Gündəlik, rutin işləri başa vurun.
Axşam saatlarında alış-verişə yollanmaq olar.
Buğa - süst, tənbəl olmayın. Malik olduğunuzu qoruyun. Bədxahlar və rəqiblər zəifliyindən yararlanaraq sizə zərbə vurmağa hazırlaşırlar. Sayıq davranın, məkrli planları alt-üst edin. Mühüm anlaşma və sövdələşməyə başdansovdu yanaşmayın. Mümkün tələləri aşkarlamaq üçün ən xırda təfərrüatlara fikir verin. Laqeyd, başdansovdu davranış acı fəsadlar verə bilər.
Problemlərə səthi yanaşmağınızdan düşmənlər yararlanacaqlar. Ehtiyatlı və sayıq olun.
Əkizlər - hüquqlarınızı, haqlarınızı qoruyun. Yaşam arealınıza kimsənin müdaxilə etməsinə imkan verməyin. Mübahisə və ya dartışmaya cəlb olunacaqsınız. Təmkinli davranın, soyuqqanlı olun. Maliyyə və əmlak məsələləri ilə bağlı fikir ayrılıqları yaranarsa, səbrli olun. Başqasının malına göz dikməyin, öz əmlakınızı da kimsəyə "bağışlamayın". Hisslərin tarıma çəkildiyi əsnada qarşıdurmaya səbəbkar olmamaq üçün hisslərinizi cilovlayın.
Münasibətlərin aydınlaşdırılması, iddialar və iradları ertələyin. İndi sərt danışıqların zamanı deyil.
Xərçəng - ciddi, amma ədalətli olun. Hər halda belə davranışa can atın. Yaxın ətrafınızdakı insanların bacarmadıqları və ya görmək istəmədikləri işi yerinə yetirin. Ən çətin, ağır təsir bağışlayan problemi çözmək iqtidarındasınız. Amma yaxınlarınızla amirənə səslə danışmayın, komandirlik arzusuna düşməyin. Daha yaxşı nəticəyə nail olmaq istəyirsinizsə, çevik və həssas olun.
Təklikdə tənqid edin, adamların arasında isə tərifləyin.
Belə yanaşma bəhrəsini verəcək.
Axşam saatlarında normal istirahət edin.
Şir - hisslərinizdə harmoniya, ünsiyyətdə səbat yaradın. Fikirlərlə ideyalar realist olmalıdır. Xəyallara qapılmayın, illüziyalara aldanmayın. Yaxın ətrafınızdakı insanlarla təmaslarda sərt olmayın. Söhbət zamanı çox danışmaqdansa, çox dinləyin, həmsöhbətin hisslərini və istəklərini anlamağa çalışın.
Mübahisəli məsələləri, yaranmış anlaşılmazlığı müzakirələrlə həll edin.
Qayğıkeş, səmimi olun.
Qız - hansısa hadisə və ya insanla bağlı fikrinizi köklü şəkildə dəyişəcək olay yaşanacaq. Bunun səbəbi yeni informasiya, ya da gəldiyiniz məntiqi nəticə ola bilər. Hadisələr rutin məcrada inkişaf edir. Olayları süni təkanlar və yolverilməz müdaxilələrlə sürətləndirməyə çalışmayın.
Prosesin gərginləşdiyi zaman hadisələrin inkişaf məcrası köklü şəkildə dəyişə bilər.
Yaxın ətrafınızdakı insanların bəzilərinin mövqelərinin "yenilənməsinə", bədxahların aktivləşməsinə hazırlaşın. Etibar etdiyiniz insanı tamamən yeni yöndə görəcəksiniz.
Tərəzi - pedant, xırdalıq və təfərrüatlara fikir verən xırdalıqları nəzərdən qaçırmayan insan olun. Sizə xeyir verə biləcək işdə heç nə diqqətinizdən yayınmasın. İşdə əla imkanlar yaranır. Hesablamalarda və yazılarda diqqətli olun. Təhsil, elm, biliklər sahəsində əlverişli zamandır.
Axşam saatlarına yaxın səbrli olun, hər deyilən sözü dərin təhlil etməyin.
Qaraqabaq, fikirli davranışınız suallar doğura bilər.
Yaxınlarınız sizdən diqqət və qayğı gözləyirlər.
Əqrəb - köhnə əlaqələr, mənasız təmaslar, heç bir fayda verməyən ünsiyyətdən qurtulun. Yaşamınızda yenilik və dəyişikliklər zamanıdır. Fəaliyyət arealı və yaşam məkanında rekonstruksiyaya başlayın. Gərəksiz əşyaları düşünmədən atın.
Yükdən qurtulandan sonra yüngüllük hiss edəcəksiniz.
Günün ikinci yarısında aktiv olun. Çoxdan bəri reallaşdırmaq istədiyiniz planı gerçəkləşdirə bilərsiniz.
Axşam saatlarında normal istirahət edin.
Oxatan - yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə diqqətli olun. Emosiyalarınıza nəzarət edin. Əks təqdirdə mübahisə və ambisiyalar mübarizəsi qaçılmazdır. Hansısa məsələni araşdırmağa başlayanda hissləri unudun, soyuqqanlı analizə başlayın. Diqqəti rutin və cari işlərin görülməsinə, təxirəsalınmaz məsələlərin həllinə yönəldin.
Bilik və bacarıqların artırılmasına, yeni təcrübə əldə edilməsinə çalışın.
Biznes layihəsində ciddi irəliləyişə nail ola bilərsiniz.
Yaxşı nəticə əldə olunacaq.
Oğlaq - mühüm qərarlar, konkret istiqamətdə əhəmiyyətli addımların atılması üçün əlverişli zamandır. Maksimum informasiya əldə etməyə çalışaraq səhv ehtimalını minimuma endirin. Qətiyyətli olun. Ən kiçik, xırda məsələlərdə tərəddüd etməyin. Fəaliyyətdə olmaqla yanaşı, yaxın gələcəklə bağlı planlar qurun.
Zəruri məlumatları toplayın. Onlar az sonra karınıza gələcək. Yeni tərəfdaşın müəyyənləşdirilməsi də işinizə yarayar.
Axşam saatlarında səhhətinizdə kiçik problemlər yarana bilər.
Dolça - birlikdə çalışdığınız insanlardan birinin fəaliyyəti və ya hərəkətlərini sərt tənqid etməyin. Yanlışlıqları göstərin, problemlərin çıxış yolundan bəhs edin - amma aqressiv olmayın. Ətrafınızdakı insanların ən kiçik səhvlərini belə, gözdən qaçırmayın. Eyni zamanda özünüzə də tənqidi yanaşın.
Kiçik problemləri böyüdərək fəlakət həddinə çatdırmayın.
Dünya mükəmməl deyil.
Axşam saatlarında aktiv istirahəti seçin.
Balıqlar - haqqında hər şeyi bildiyinizi düşündüyünüz insan barədə gözlənilməz, maraqlı faktlar əldə edəcəksiniz. Bu informasiya yaxşı və ya pis ola bilər.
Diqqət mərkəzində olduğunuzdan danışmaqla bahəm, dinləməyi də unutmayın. Daha çox dinləməyə üstünlük verin. Bədxah və ya rəqiblərin məxfi planı barədə təfərrüatları əldə edin. Onların ideyalarından xəbər tutmağa çalışın.
Alınan məlumatı təhlil edin və zərurət yaranarsa, planlarda dəyişiklikləri unutmayın.
Axşam saatlarını sevdiyiniz insanla keçirin.
Milli.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi