05-05-2018 [17:24]
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli xalq artisti Rasim Balayevin "Bizim vaxtımızda efirə nümunəvi adamlar çıxırdı. Küçədən keçənlər efirə çıxa bilməzdi. Bu gün küçə adamları ekranlardadır” fikrinə münasibət bildirib.
Mia.az-ın məlumatına görə, o, unikal.org-a açıqlamasında bildirib ki, xalq artistinin səsləndirdiyi fikir yeni deyil:
"Biz MTRŞ olaraq bundan da rahat, sərt şəkildə bu məsələləri ortaya qoymuşuq. Bəli, özəl televiziya kanallarında, efirdə cəmiyyət tərəfindən qıcıq doğuran insanlar daha çoxdur. Amma onlar Azərbaycan vətəndaşıdır. Hüquqi baxımdan onların efirlərə dəvət edilməsində problem yoxdur. Amma bu sahədə əsas iş televiziya kanallarının rəhbərlərinin üzərinə düşür”.
O hesab edib ki, Azərbaycanda bu gün büdcədən maliyyələşən televiziya kanallarında cəmiyyətə qıcıq yaradan şəxsləri efirə buraxmırlar:
"Bizdə Azərbaycan Dövlət Televiziyası (AzTv), "Mədəniyət”, İctimai Televiziya və Radio Yayımları Şirkəti var. Bu televiziya kanallarının özü bir faktdır ki, ictimaiyyətin maraqlarını qoruyur. Çox təəssüf ki, özəl televiziya kanalları kommersiyaya yüklənir. Hesab edirəm ki, ümumiyyətlə, televiziya sahəsi yalnız kommersiya obyekti olmamalıdır. Bu sahədə təbii ki, qanunvericilik baxımından daha sərt tədbirlər görülməlidir. Yəni, oranın sahibi efirə cəmiyyət tərəfindən qəbul olunmayan adamları buraxmamalı, cəmiyət tərəfindən qəbul olunmayan mövzuların, fikirlərin orada işlədilməsini qadağan etməli, Azərbaycanın milli mənəvi dəyərlərinə uyğun olmayan hərəkət edənlərə qarşı daha sərt tədbirlər görülməlidir. Bəzən bu işi Milli Televiziya Radio Şurasından görmək istəyirlər. Amma, MTRŞ dövlət orqanıdır. Bizim qəbul etdiyimiz qərarın hər biri hüquqi bir maddəyə əsaslanmalıdır. O maddə MTRŞ-da olmadığı üçün biz orada ola bilmirik”.
N.Məhərrəmli əlavə edib ki, Azərbaycanda xalq, əməkdar və adi artistlər var:
"Televiziya artisti efirə dəvət edir, xalq artistini çağırmırsa, biz onları günahlandıra bilmərik. Qanunda belə maddə yoxdur. Çox təəssüf ki, özəl televiziya kanalları ən aşağı səviyyədə olan məhsulları efirə çıxarırlar. Hələ bu gün də onlar efirdədir. Əgər cəmiyyət bunu istəməsəydi, onlar efirdə olmazdılar. Yəni, özəl televiziya kanalları həmin insanlardan gəlir götürür ki, onlar efirə çıxırlar. Hesab edirəm ki, cəmiyyət ictimai qınaq məsələsini ortaya qoymalıdır. Qanunlarla, inzibati məsələlərlə bunu yoluna qoymaq çətin məsələdir. Çünki, bu təkcə bizə aid olan məsələ deyil. Bütün dünyada bu proses gedir. Dəyərsizləşdirmə özünü hər yerdə göstərir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi