Həftə ərzidə hava buludlu olacaq bəzi yerlərə yağız yağacaq

img

11-10-2010 [02:20]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün dəyişkən buludlu, əsasən yağmursuz hava olacaq. Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 21-24?, axşam 15-18? olacaq. Oktyabrın 12-də hava buludlu olacaq. Bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 13-15?, gündüz 17-19? təşkil edəcək. Oktyabrın 13-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi proqnozlaşdırılır. Şimal küləyi əsəcək, gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-15?, gündüz 18-21? təşkil edəcək. Oktyabrın 14-də hava dəyişkən buludlu olsa da, əsasən yağmursuz keçəcək. Gecə və səhər zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-15?, gündüz 18-22? olacaq. Azərbaycanın rayonlarında sabah şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 14-17?, gündüz 18-22?, dağlarda gecə 4-8?, gündüz 9-13? olacaq. Oktyabrın 13-14-də əsasən gecə və axşam saatlarında yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 14-17?, gündüz 18-22?, dağlarda gecə 4-8?, gündüz 8-11? təşkil edəcək. Oktyabrın 12-də atmosfer təzyiqinin xeyli yüksəlməsi, tutqun, küləkli və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Sonrakı 2 gün ərzində meteoroloji amillərin zəif və mülayim tərəddüdləri əksər meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA