QAT Daznaksütyun Partiyası nümayəndələrinə etiraz edib

img

11-10-2010 [02:03]


Bu gün Qarabağ Azadlıq Təşkilatının (QAT) fəalları Sosialist İnternasionalının Bakıda keçirilən regional konfransında Ermənistanın Daşnaksütyun Partiyasının nümayəndələrinin iştirakına etiraz edib. Etirazçılar konfransın keçirildiyi Milli Parkdakı Biznes Mərkəzinin qarşısında ?Erməni daşnakları Bakını dərhal tərk edin!? şüarı ilə etiraz aksiyası keçirib. Onlar polislə qarşıdurma şəraitində Biznes Mərkəzinin foyesinə daxil olublar. QAT rəhbəri Akif Nağı bildirib ki, polis etirazçıları foyedən çıxarıb. Təşkilatın bir neçə fəalı saxlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA