“Nar”-dan 40 qəpiyə bütün istiqamətlərə günlük - 20 dəqiqə

img

03-05-2018 [20:57]


"Nar” yeni "Əlavə dəqiqələr” paketini təqdim etdi. Təklif sayəsində artıq cəmi 40 qəpiyə günlük 20 şəbəkəxarici dəqiqə əldə etmək mümkündür. Bu paketlə 1 dəqiqəsi 2 qəpik olmaqla şəbəkəxarici zəng etmək olar. Paket gün ərzində istənilən sayda sifariş edilə bilər."Əlavə dəqiqələr” paketinə qoşulmaq üçün 40 yazıb 777 nömrəsinə SMS göndərmək və ya *777#40#YESşifrəsini yığmaq lazımdır.

"Əlavə dəqiqələr” haqqında məlumat əldə etmək üçün *777#20#YES şifrəsini yığmaq və ya "I” yazıb 777-yə göndərmək, avtomatik aktivləşməni dayandırmaq üçün isə*777#740#YES yığmaq və ya "STOP40” yazıb 777 nömrəsinə göndərmək lazımdır.

"Nar” sərfəli qiymətə yüksək keyfiyyət prinsipinə sadiq qalaraq, bir-birindən fərqli təkliflərlə abunəçilərinin mobil rabitə tələblərini qarşılamağa davam edir. Gücləndirilmiş "Nar” şəbəkəsi sayəsində mümkün olan bu təkliflər müxtəlif kateqoriyalardan olan "Nar” abunəçilərinin istəkləri nəzərə alınaraq irəli sürülür. Hazırda mobil operatorun şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

"Nar” tarif və kampaniyaları haqqında ətraflı məlumatı isə nar.az internet səhifəsindən öyrənmək olar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA