03-05-2018 [17:35]
Prezident İlham Əliyev "Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 12 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanın 4.2-ci bəndinə edilən dəyişikliyə əsasən, Dövlət Gömrük Komitəsi başqa ölkələrdən gətirilən heyvanların sağlamlığını müəyyənləşdirmək üçün onların təcrid olunmuş halda saxlanılmasının təmin edilməsi məqsədilə artıq müvafiq ərazi dövlət baytarlıq müfəttişinə deyil, Qida Təhlükəsizliyi Agentliyinin müvafiq regional bölməsinə məlumat verəcək.
6-cı hissədə "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Baytarlıq və Dövlət Fitosanitar Nəzarəti xidmətləri" sözləri "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi" sözləri ilə əvəz edilir.
Fərman 2018-ci il iyulun 1-dən qüvvəyə minir.
Dövlət başçısı, həmçinin "Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Dəyişikliyə əsasən fərmanın 28.3-cü bəndində "Azərbaycan Respublikasının Vergilər Nazirliyi" sözlərindən sonra ", Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi" sözləri əlavə edilir. Yəni bundan sonra Azərbaycanda xarici ticarətin gömrük statistikasının məlumatları Qida Təhlükəsizliyi Agentliyinə də təqdim olunacaq.
İlham Əliyevin "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 25 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərmana əsasən isə 1-ci hissə aşağıdakı redaksiyada verilir:
"1. Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi həyata keçirir.".
Qanunun 9-cu maddəsində bildirilir: "Süni qida məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir".
Bu fərman 2018-ci il iyulun 1-dən qüvvəyə minir.
Dövlət başçısı "Üzümçülük və şərabçılıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 667 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman da imzalayıb.
Dəyişikliklərə əsasən fərmanın 2-ci hissəsinin doqquzuncu abzası ləğv edilir və səkkizinci abzası aşağıdakı redaksiyada verilir:
"həmin Qanunun 7.3-cü maddəsində (fitosanitar vəziyyətinə münasibətdə), 22.1-ci və 27.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi həyata keçirir.".
Bu fərman da 2018-ci il iyulun 1-dən qüvvəyə minir.
Prezidentin digər fərmanı ilə "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nın 14.9-cu bəndində "Vergilər Nazirliyinə," sözlərindən sonra "Qida Təhlükəsizliyi Agentliyinə," sözləri əlavə edilir. Beləliklə, Dövlət Gömrük Komitəsi bütün ixrac-idxal əməliyyatları üzrə hər ay hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq Azərbaycan Prezidentinə, Nazirlər Kabinetinə, İqtisadiyyat və Sənaye Nazirliyinə, Maliyyə Nazirliyinə, Vergilər Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Mərkəzi Banka, eləcə də Qida Təhlükəsizliyi Agentliyinə müəyyən edilmiş formada xarici ticarətin gömrük statistikasının məlumatlarını verəcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi