Prezident Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi və XİN-ə tapşırıq verdi - Azərbaycan-Rusiya sərhədində post qurulacaq

img

03-05-2018 [17:20]


Azərbaycan Rusiya ilə dövlət sərhədindən keçiddə avtomobil aksiz postunun yaradılmasına çalışacaq.

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilən "2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nda əksini tapıb.

Proqrama əsasən, Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi, Xarici İşlər Nazirliyinə 2018-2019-cu illər ərzində Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçiddə avtomobil aksiz postunun yaradılması ilə bağlı Rusiya Federasiyasının aidiyyəti dövlət qurumları ilə danışıqlar aparılması tapşırılıb.


Proqramda qeyd edilib ki, Rusiya Federasiyasının Dağıstan Respublikası ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçiddə avtomobil aksiz postunun olmaması, eləcə də şərab və şərabçılıq məhsullarını daşıyan xüsusi vaqon (sistern) parkının, həmçinin yerli şərab şüşələrinin və markalarının, şərabçılıq üzrə milli normativ texniki sənədlərin (DÖST, AZS milli standartları) müasir tələblərə tam şəkildə cavab verməməsi kimi problemlər şərab məhsullarının ölkədən ixracını məhdudlaşdırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA