Səfər Əbiyev: "Bəzi ölkələr izğalçı Ermənistana iqtisadi və hərbi yardım göstərirlər?

img

11-10-2010 [01:19]


Bu gün Bakıya rəsmi səfərə gələn İranın müdafiə naziri Əhməd Vəhidinin azərbaycanlı həmkarı, general-polkovnik Səfər Əbiyevlə geniş tərkibli və təkbətək görüşü olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şəhidlər xiyabanını ziyarət etdikdən sonra iranlı qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himnləri səsləndirilib. Görüşdə ölkələr arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olnub. Nazir Səfər Əbiyev bildirib ki, hökumətlər arasında 2005-ci ildə hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalandıqdan sonra ayrı-ayrı nümayəndə heyətlərinin və işçi quruplarının görüşləri həyata keçirilib. Regionda əməkdaşlığın inkişaf etdirilməsi üçün sabit şəraitin mövcud olmasını əsas şərt kimi diqqətə çatdıran nazir qeyd edib ki, Azərbaycan bölgədə sülhün, əmin-amanlığın hökm sürməsini istəyir: ?Amma əfsuslar olsun ki, hələlik buna nail ola bilmirik. Regionda təhlükəsizliyin təmin edilməsi üçün ən böyük maneəçilik törədən problem Ermənistanın Azərbaycana təcavüzüdür. Ermənistanın təcavüzkar siyasəti regionda əsas gərginlik mənbəyidir?. Nazir Səfər Əbiyev bildirib ki, buna əsas səbəb bəzi ölkələrin Ermənistanı təcavüzkar kimi tanımaması, bəzilərinin isə sözdə Azərbaycana dost və qardaş ölkə olduqlarını bəyan etməsi ilə yanaşı, işğalçıya iqtisadi və hərbi yardım göstərməsidir. Görüşdə Azərbaycanın İran İslam Respublikasındakı fövqəladə və səlahityyətli səfiri Cavanşir Axundov daiştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA