İcra başçısı gənc xanıma vəzifə verdi - Müavin təyin olundu + Foto

img

03-05-2018 [14:49]


Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini vəzifəsinə gənc xanım təyin edilib.

Mia.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, bu vəzifəyə 30 yaşlı Anara Kamil qızı Hacıbəyli təyin edilib.

Məlumat üçün qeyd edək ki, bu təyinata qədər Anara Hacıbəyli İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Aparatında Baş məsləhətçi vəzifəsində çalışırdı.

Pirallahı Rayon İcra Hakimiyyəti sözügedən xəbəri təsdiqləyib.

Qeyd edək ki, Anara Hacıbəyliailəlidir və 2 övladı var.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA