Gələn ay Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - Hökumət qərarı

img

03-05-2018 [14:23]


İyun ayında Azərbaycan xalqının Milli Qurtuluş günü və Ramazan bayramı ilə əlaqədar ardıcıl 5 qeyri-iş günü olacaq. 

İyunun 15-də Milli Qurtuluş günü ilə əlaqədar qeyri-iş günüdür. Ayın 15-16-da isə ölkədə Ramazan bayramı qeyd olunacaq. Əmək Məcəlləsinə əsasən, iyunun 15-də Milli Qurtuluş günü ilə Ramazan bayramı eyni günə düşdüyündən, bundan başqa iyunun 16-sı da şənbə gününə təsadüf etdiyindən ayın 18-19-da da iş olmayacaq. Beləliklə, ölkədə ardıcıl-iyunun 15-i, 16-sı, 17-si (bazar günü), 18-i, 19-u qeyri-iş günüdür. Növbəti iş günü iyunun 20-də olacaq. İyunun 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü olduğundan həmin gün qeyri-iş günüdür.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA