“Dərman vasitələrinin reklamı siqaretin reklamından daha təhlükəlidir..." - Deputat

img

03-05-2018 [13:37]


"Azərbaycanda dərman vasitələrinin reklamının tam əleyhinəyəm".

 Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib.

Ə.Əmiraslanov bildirib ki, Azərbaycanda dərman vasitələrinin reklamına qismən icazə verilir, ancaq bu məsələyə yenidən baxılmalıdır: "Dərman vasitələrinin reklamı siqaretin reklamından daha təhlükəlidir. Biri çıxıb deyir ki, şəkərli diabeti bu dərmanla müalicə etmək olar və s”.

Komitə sədri vurğulayıb ki, Avropa ölkələrində dərman vasitələrinin reklamı qadağan olunub: "Hesab edirəm ki, biz də bu məsələyə yenidən qayıtmalıyıq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA