General işdən çıxarıldı: "Yerimə hələlik təyinat yoxdur" - Yenilənib + Səs yazısı

img

03-05-2018 [11:40]


Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov vəzifəsindən azad edilib.

Penitensiar Xidmətdən verilən məlumata görə, H.Əlixanov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib: "Hüseyn müəllimin 65 yaşı tamam olmuşdu, ona görə də təqaüdə göndərilib".

Məsələ ilə bağlı Unikal.org-a açıqlamasında Hüseyn Əlixanov işdən getməsini təsdiqləyib: "Mən işləmirəm artıq, təqaüdə çıxmışam. Hələki yerimə təyinat yoxdur”.

Qeyd edək ki, generalın işdən çıxarılıb – çıxarılmaması haqda bir-birini təkzib edən açıqlamalar da yayılıb.

Belə ki, Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, H. Əlixanov işdən çıxarılmayıb: "O, hazırda məzuniyyətədədir. Mayın sonuna qədər məzuniyyət müddəti var. Rəsmi şəkildə işdən çıxarılmayıb”.

Amma xidmətin digər əməkdaşı Trend-ə açıqlamasında generalın vəzifədən azad edildiyini bildirib. Bundan başqa H.Əlixanov başqa bir sayta açıqlamasında məzuniyyətdə olduğunu deyib.

Belə bir durumda xəbərin ilk mənbəsi unikal.org saytı generaldan aldığı açıqlamasının səs yazısını yayıb. Açıqlamada general artıq təqaüdə çıxdığını deyir. Həmçinin, yerinə təyinat olmadığını da qeyd edir.

Səs yazısını təqdim edirik:



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA