Milli Məclisdə 2011-ci il dövlət büdcəsi müzakirə olunub

img

11-10-2010 [11:12]


Oktyabrın 11-də Milli Məclisin Sosial siyasət, İqtisadi siyasət, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət komitələrinin birgə iclası keçirilib. İclasda ?Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında? qanun layihəsi müzakirə olunub. Hökumət nümayəndələrinin də iştirak etdiyi iclasda maliyyə naziri Samir Şərifov büdcə layihəsi barədə ətraflı məlumat verib. Nazir gələn ilin dövlət büdcəsi layihəsinin əsasını təşkil edən göstəricilər və inkişaf istiqamətləri danışıb. Qeyd edək ki, Azərbaycan Respublikasının 2011-ci ilin dövlət büdcəsi zərfində büdcə gəlirləri 12 061 000,0 min manat, xərcləri 12 748 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 11 613 958,2 min manat, yerli gəlirləri 447 041,8 min manat və mərkəzləşdirilmiş xərcləri 11 440 460,0 min manat, yerli xərcləri 1 307 540,0 min manat) məbləğində nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA