02-05-2018 [23:59]
Parisdə Beynəlxalq Türk Akademiyası (TWESCO) və UNESCO-nun birgə təşkilatçılığı ilə təşkilatın mənzil-qərargahında "Mənəvi yenilənmə və mədəni miras: keçmişdən gələcəyə türk dili” mövzusunda Beynəlxalq Forum keçirilib.
Mia.az-ın xəbərinə görə, Forumun açılışında Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.
Məktubda qeyd edilir ki, bu cür forumlar xalqlar arasında təmasların artması, alimlərin və müvafiq elm mərkəzlərinin əməkdaşlığının genişlənməsi üçün yaxşı imkanlar açır. Azərbaycan türkdilli dövlətlər və xalqlar arasında bütün sahələrdə əlaqələrin inkişafını daim dəstəkləyir və bu işə hər zaman töhfələr verməyə çalışır. Dövlət başçısı inandığını bildirib ki, forum çərçivəsində aparılacaq fikir mübadiləsi və müzakirələr türk dillərinin aktual problemlərinin həllinə, bu sahədə əməkdaşlığın yeni istiqamətlərinin müəyyən edilməsinə, bütövlüdə isə əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edəcək. Azərbaycan prezidenti türkdilli dövlətlər və xalqlar arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişafını təşviq edən Beynəlxalq Türk Akademiyasının fəaliyyətini və təşəbbüsünü təqdir edib.
Anar Kərimov çıxışında forumun türk xalqları və ölkələri arasında əməkdaşlığın, eləcə də dünya sivilizasiyasının inkişafına böyük töhfələr verəcəyini bildirib. O qeyd edib ki, türk dili Avropadan Asiyaya qədər geniş məkanda yayılan bir dildir.
Qazaxıstanın və Qırğızıstanın UNESCO-dakı səfirləri prezident Nursultan Nazarbayev və prezident Sooronbay Jeenbekovun Foruma ünvanladıqları təbrik məktublarını oxuyublar.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli çıxışında forumun türk dillərinin qorunmasına və türk dilində danışan xalqlar arasında mədəni əlaqələrin inkişafına töhfə verəcəyini bildirib. O, mədəniyyətin inkişafında, milli dəyərlərin, eləcə də xalqların mənəvi dəyərlərinin qorunmasında və zənginləşməsində, mədəniyyətin, ədəbiyyatın nəsildən-nəslə ötürülməsində, xalqların birliyində dilin böyük rol oynadığını diqqətə çatdırıb.
O qeyd edib ki, 125 il öncə, 25 noyabr 1893-cü ildə tanınmış danimarkalı alim Vilhelm Tomsen runik əlifbasının açarını tapıb və tarixdə ilk dəfə olaraq türk yazılı abidələrini oxuyub. Bu, elm aləmi üçün çox böyük tapıntı idi, Külteqin yazılarının sirri çözülmüşdü. Onun oxuya bildiyi ilk kəlmələr "Tenqri”, "Türk” və "Külteqin” sözləri olub. Bununla da o zamanadək mövcud olan türklərin sivilizasiyadan kənar, heç bir mədəniyyət və kültür yaratmayan xalq olması fikri tamamilə alt-üst olub. Bu il 100 illik yubileyini beynəlxalq səviyyədə qeyd olunan tanınmış türkoloq V.Radlov isə Kül Tegin, Bilgə Xaqan və Tonyukuq kitabələrini oxuyub.
D.Kıdırəli bildirib ki, UNESCO ilə birlikdə bu forumu təşkil etməkdə əsas məqsəd də türk yazı abidələrinin V.Tomsen tərəfindən oxunuşunun 125, tanınmış türkoloq V.Radlovun 100, habelə, türk dünyasının böyük ədəbiyyat xadimləri Çingiz Aytmatovun 90, Mağcan Cumabayın 125 illik yubileylərini, eyni zamanda Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyini beynəlxalq səviyyədə qeyd etməkdir.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva deyib ki, dilin təhlükə altında olması mədəniyyətin ən vacib parçasını itirməsi deməkdir. Dil milli dəyərlərin formalaşması, yayılması baxımından böyük əhəmiyyət daşıyır. Dilin ölməsi bəşəriyyətin ortaq milli mədəni irsinin itirilməsi deməkdir.
Forumun açılışından sonra mükafatlandırma mərasimi keçirilib.
Tədbir işini panel iclaslarla davam etdirib. Forumun bir paneli Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu iclasda çıxış edərək ilk demokratik respublika dövründə aparılan dil siyasəti, əlifbanın formalaşması haqqında ətraflı məlumat verib. O bildirib ki, Şərqdə ilk demokratik respublikanın qurucusu olan dövlət xadimləri Azərbaycanın başqa görkəmli ziyalıları ilə birlikdə bütün fəaliyyətləri ərzində Azərbaycan dilinin hüquqları uğrunda mübarizə aparıblar. O zaman türk dili adlanan Azərbaycan dili 1918-ci il iyunun 27-də dövlət dili elan olunub.
Bildirilib ki, bugünkü müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Məhz buna görə də ümummilli lider Heydər Əliyev və onun layiqli varisi prezident İlham Əliyev sayəsində dil siyasətimiz uğurla davam etdirilir. Konstitusiyamızda Azərbaycan dili dövlət dili elan edilib. Azərbaycan dili, əlifbası günü təsis edilib, dövlət dili haqqında qanun qəbul edilib, Dil Komissiyası yaradılıb. Bütün bunlar dövlətimizin dilimizə qayğısını və diqqətini əks etdirir.
Qeyd edək ki, "Mənəvi yenilənmə və mədəni miras: keçmişdən gələcəyə türk dili” mövzusunda Beynəlxalq Forumunda Azərbaycanı UNESCO yanında daimi nümayəndəliyin rəhbəri səfir Anar Kərimov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu və Beynəlxalq Türk Akademiyasının eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru Füzuli Məcidli təmsil edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi