Birinci sinif şagirdini döyən müəllim işdən qovuldu - Nazirdən sərt qərar

img

02-05-2018 [14:26]


Bakıdakı 189-190 saylı orta məktəbdə birinci sinif şagirdini döyməkdə günahlandırılan müəllim işdən çıxarılıb.

Mia.az-ın xəbərinə görə, bu barədə uşağın valideyni Xanım Əliyeva öz facebook səhifəsində məlumat yayıb.

X.Əliyeva məsələnin ədalətli həll olunduğuna görə Təhsil Nazirliyinə təşəkkür edib.

Qeyd edək ki, hadisə iki gün öncə baş verib. X.Əliyeva facebook-da məlumat yayaraq qızının döyüldüyünü, nəticədə alnının şişdiyini bildirmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA