Məcburi köçkünlərin yataqxanası uçdu - "Qaçqınkom" hərəkətə keçdi + VİDEO

img

02-05-2018 [12:40]


Sumqayıt şəhərində məcburi köçkünlərin yaşadığı yataqxanada uçqun olub.

Yataqxanada 80-dən çox ailənin üzvü yaşayır. Uçqun 25 ailənin istifadə etdiyi mətbəxtdə baş verib. Hadisə zamanı mətbəxtdə bir neçə nəfər olub. Xoşbəxtlikdən uçqun zamanı xəsarət alan olmayıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Sumqayıtda uçan yataqxanada məskunlaşmış məcburi köçkünlərin problemini nəzarətə götürüb.

Mia.az xəbər verir ki, bunu "Report"a qurumun Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev deyib.

Onun sözlərinə görə, Dövlət Komitəsinin sədri Rövşən Rzayev orada məskunlaşmış məcburi köçkünlərin problemlərinin araşdırılıb həll olunması barədə tapşırıq verib: "Görülən tədbirlərin nəticəsi barədə əlavə məlumat veriləcək".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA