"İcra başçısı valideyinlərimi pis söyüşlərlə söydü, şəhidimin ruhunu təhqir etdi" - VİDEO

img

02-05-2018 [09:53]


Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev rayonda yeni tikilməkdə olan Olimpiya İdman Kompleksinin gözətçisi Rahil Əliyevi döyüb.

Oxu.Az xəbər verir ki, hadisə bir neçə gün əvvəl baş verib.

Rahil Əliyev başına gələnlər barədə sosial şəbəkələrdə yayılmış videoyazıda məlumat verib.

O bildirir ki, icra başçısı onu tikinti sahəsində üç dəmir konstruksiyanın oğurlamaqda ittiham edib və sərxoş olarkən onu döyərək təhqir edib:

"Ancaq o məni eşitmək istəmədi, başladı qışqırmağa. Özümü, valideyinlərimi pis söyüşlərlə söydü. Dedim xahiş edirəm söymə, mənim şəhidim var. Buna da məhəl qoymadı, bu dəfə şəhidimin ruhunu ağır söyüşlərlə təhqir etdi”-, deyə Rahil Əliyev videoda bildirib.

Daha sonra dəmir konstruksiyaların Rahil Əliyevin oğurlamadığı ortaya çıxıb. 

Zərərçəkənin dediyinə görə, qardaşı ilə birlikdə daha sonra polisə aparılıb, orada icra başçısı bu dəfə mobil telefonunu Əliyevin qardaşının başına çırpmaq istəyib:

"Məni döysəydi, söysəydi, bunu bağışlayardım. Amma şəhidimə, Elçin Gəray oğlunu söydüyünə görə onu bağışlamayacam”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA