Ermənistan parlamenti Paşinyanı baş nazir seçmədi - Tərəfdarlarını kütləvi vətəndaş itaətsizliyinə çağırdı

img

01-05-2018 [21:17]


Ermənistandakı etiraz aksiyalarının lideri, baş nazir postuna namizədliyi parlament tərəfindən təsdiqlənməyən Nikol Paşinyan dövlət qulluqçularını ümumi tətilə, tərəfdarlarını isə kütləvi vətəndaş itaətsizliyinə çağırıb.

N.Paşinyan əsas yolları bağlamağa çağırıb: "Sabah 08.15-dən etibarən kütləvi vətəndaş itaətsizliyinə, ümummilli tətilə başlayırıq, küçələri, magistralları, aeroporta aparan bütün yolları bağlayırıq”. Ermənistandakı etiraz aksiyalarının lideri qeyd edib ki, etirazçıların tələbi dəyişməz olaraq qalmaqdadır – "xalqın namizədi”nin baş nazir postuna seçilməsi.

**** 

Ermənistanda parlamentin xüsusi iclası keçirilir.

İclasda ölkənin yeni baş nazirinin kimliyi müzakirə olunur. 

Qeyd edək ki, bu posta irəli sürülən yeganə namizəd "Elk” fraksiyası lideri Nikol Paşinyandır. 

Parlamentdə açıq şəkildə keçiriləcək səsvermədə Paşinyan bütün deputatların yarısından çoxunun səsini qazanarsa ölkənin yeni baş naziri olacaq. Səsvermə baş tutmasa bir həftə sonra ikinci cəhd olacaq. 

Hazırda Yerevanın Respublika meydanında isə Paşinyanın minlərlə tərəfdarı mitinq keçirir. 

***

Paşinyan çıxışında qeyd edib ki, Ermənistan hərbi xərcləri artırmalıdır:

"Ermənistanın hərbi xərcləri regiondakı adekvat vəziyyətə uyğun olmalıdır. Ermənistanın hərbi xərcləri artırmağa ehtiyacı var. Düşünürəm ki, biz bunu büdcə gəlirlərinin artımı ilə paralel olaraq edə bilərik”. 

***

Parlamentdə 58 deputatla təmsil olunan Ermənistan Respublikaçılar Partiyası (ERP) Nikol Paşinyana səs verməyəcəklərini açıqlayıb. Bunu parlamentdə səsvermədən öncə keçirilən iclasda Vahram Bağdasaryan dilə gətirib.

Qeyd edək ki, iclasa 105 deputatdan 102-si qatılıb. Paşinyanın baş nazir olması üçün isə 53 səs lazımdır.

***

Səsvermə yekunlaşıb.

56 deputat Paşinyanın əleyhinə, 45-i isə lehinə səs verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA