Sınaq imtahanının nəticələri açıqlandı

img

01-05-2018 [16:50]


Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 29-da keçirilən sınaq imtahanının nəticələrini açıqlayıb.

DİM-dən mia.az-a verilən məlumata görə, hər bir abituriyent mərkəzin internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Bildirilib ki, sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 23124 abituriyentdən 264 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 2 abituriyent imtahandan xaric olunub. Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı "Şəxsi kabinet"in "Sınaq imtahanı üçün ödəmə kartlarının alınması" bölməsinə daxil olaraq 'Sınaq imtahanı' ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində yeni istifadəçi kimi qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmiş istifadəçilər isə istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA