01-05-2018 [16:44]
Bu gün Kənd Təsərrüfatı Nazirliyində martın 26-da Bərdə rayonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı pambıq səpininə həsr olunmuş müşavirə keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə nazirliyin məsul işçiləri, pambıqçılıq rayonlarının Kənd Təsərrüfatı İdarələrinin rəisləri, alimlər, mütəxəssislər, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, "Aqrolizinq” ASC-nin, həmçinin "MKT İstehsalat Kommersiya” MMC-nin, "Azərpambıq” MMC-nin və pambıq tədarükü məntəqələrinin nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov müşavirədə ölkə başçısı tərəfindən kənd təsərrüfatı nazirliyinin qarşısına qoyulmuş tapşırıq və vəzifələr barədə danışaraq bu sahənin inkişaf etdirilməsini dövlət başçısı tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən edildiyini diqqətə çatdırıb. Nazir bildirib ki, hazırda 133 min hektar sahədə pambıq əkini aparılıb, ancaq buna baxmayaraq keçən il həm obyektiv, həm də subyektiv səbəblərə görə pambıqçılıqda müəyyən problemlər yaşanıb.
"Cənab Prezident tərəfindən qarşımıza qoyulan vəzifələr böyükdür. Bu sahədə çatışmazlıqlar qısa müddət ərzində aradan qaldırılmalıdır. Biz pambıq əkinini nümunəvi həddə çatdırmalıyıq. Düzgün planlaşdırma həyata keçirilməli, koordinasiya düzgün olmalıdır” - deyə nazir qeyd edib.
Müşavirədə pambıqçılıqla məşğul olan rayonların və həmin rayonlara təhkim olunmuş nümayəndələrin səpinlə bağlı məlumatları dinlənilib, onların təklifləri ətrafında müzakirələr aparılıb.
Həmçinin pambıq istehsalında mövcud vəziyyət geniş müzakirə edilərək cari ildə pambıq səpininin mütəşəkkil həyata keçirilməsi, tələb olunan texnika və avadanlıqlarla vaxtında təmin olunması üçün "Aqrolizinq” ASC-yə, pambıqçılıqda tətbiq olunan kimyəvi preparatlardan vaxtında və düzgün istifadə olunması barədə Dövlət Fitosanitar Nəzarəti Xidmətinə, nazirliyin məsul işçilərinə tapşırıq və tövsiyələr verilib.
Sonda nazir deyib: - "Bizim vəzifəmiz kəndlilərə, fermerlərə yaxın olmaqdır. Bu bizim əsas fəaliyyət prinsiplərimizdəndir. Biz kəndlilərin yanında olmalıyıq. Bugünkü görüş bizim tapşırıq görüşümüzdür”.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi