Nazir küçədə 5 min tapıb qaytaran məktəblini təltif etdi

img

01-05-2018 [16:21]


Tapdığı 5 min manatlıq pul kisəsini sahibinə qaytaran məktəbli təltif olunub.

Bu barədə məlumatı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov yayıb. O bildirib ki, Tovuz rayonu Əyyublu kənd tam orta məktəbinin VIII sinif şagirdi İdris Abbasov bu örnək davranışına görə Təhsil naziri Ceyhun Bayramov tərəfindən Təhsil Nazirliyinin "Təşəkkürnamə"si ilə təltif edib.

Məlumat üçün bildirək ki, məktəbli pul kisəsinin sahibi tərəfindən təklif olunan mükafatdan da imtina etmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA