01-05-2018 [15:30]
Sumqayıtda Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azərikimya" İstehsalat Birliyinin (AİB) Müşahidə Şurasına yeni sədr təyin olunub.
Muxtar Babayevin əvəzinə təyin olunan yeni sədr Arzumanzadə İmran Yaqub oğludur. İ.Arzumanzadə daha öncə "Azərikimya" İB-nin icraçı direktorunun müavini olub.
Qeyd edək ki, İ. Arzumanzadə 19 sentyabr 1965-ci ildə Bakı şəhərində, ziyalı ailəsində anadan olub. Burada 247 saylı orta məktəbdə, daha sonra isə Azərbaycan İnşaat İnstitutunda təhsil alıb. O, İnstitutda körpülər və tunellər istiqaməti üzrə inşaat mühəndisi ixtisasına yiyələnib. 1983-1985-ci illərdə ordu sıralarında hərbi xidmətdə olub. Ordudan qayıtdıqdan sonra əmək fəaliyyətinə başlayıb. 1985-1990-cı illərdə "Azərittifaq” Reklam-İstehsalat kombinatında çilingər, daha sonra inşaat ustası, 1990-1993-cü illərdə "Azəryol” Elmi-istehsalat müəssisəsində mühəndis, 1993-1995-ci illərdə "Azərbaqroimpeks” xarici-iqtisadi assosiasiyasında baş mütəxəssis, daha sonra Təchizatın təşkili şöbəsinin müdiri vəzifələrində işləyib. 2003-2006-cı illərdə Moskva Dövlət Açıq Universitetində hüquqşünas ixtisası üzrə ikinci ali təhsilini alıb. Burada təhsilini bitirdikdən sonra, 2006-2010-cu illərdə SOCAR-ın Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda şöbə rəisi, daha sonra direktorun nəqliyyat və satış üzrə müavini vəzifələrində işləyib. 2010-cu ildən bu günə kimi isə SOCAR-ın "Azərikimya” İstehsalat Birliyində icraçı direktorun satış və satınalmalar üzrə müavini vəzifəsində çalışıb. O, 2015-ci ildə Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə ölkə başçısı tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib.
Qeyd edək ki, "Azərikimya" İB-nin Müşahidə Şurasının əvvəlki sədri, millət vəkili Muxtar Babayev isə prezident İlham Əliyevin sərəncamı ilə Ekologiya və təbii sərvətlər naziri təyin olununb.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi