?Qayğıya ehtiyacı olan uzaqlar üçün kompyuter və rəsm kursları? layihəsi baza çatıb

img

09-10-2010 [04:52]


?Vəfa? Ziyalı Qadınlar Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi ?Qayğıya ehtiyacı olan uşaqlar üçün kompyuter və rəsm kursları? layihəsi başa çatıb. Layihə çərçivəsində iştirak edən 60 nəfər şagirdə Birliyinin təşəbbüsü ilə yaradılmış ?Qayğı? məktəbdənkənar Uşaq Yaradıcılıq və asudə vaxt Mərkəzində təntənəli surətdə xüsusi Sertifikatlar təqdim olunub. Tədbirdə çıxış edən ?Vəfa? Ziyalı Qadınlar Birliyinin sədri, Bakı şəhəri üzrə Təhsil İdarəsinin Qiymətləndirmə və Moni torinq sektorunun müdiri Əsmayə xanım Cavadova məlumat verdi ki, layihəyə 2010-cu il aprel ayının 5-də start verilmişdir. Həftədə 2 dəfə hər qrupda 10 uşaq olmaqla 3 ay müddətində 3 qrup uşaq Nərimanov rayonundakı 45 ?-li məktəbdə peşəyönümlü bilgisayar kursu, 3 qrup isə Suraxanı rayonundakı 275 ?-li məktəbdə rəsm məşğələsi keçmişdi. Yay tətilindən sonra kurslar dərs ilinin əvvəlində davam etdi. Mərkəzdə kompyuter internet resurs bazası yaradılmışdır, uşaqlar kursu tam mənimsəmişlər. Tam sərbəst və yaradıcı işləmək qabiliyyətində olduqlarını vaxtaşırı yoxlamalar zamanı nümayiş etmişlər. Rəsm kursunda məşğul olan uşaqların əl işlərindən ibarət rəsm sərgisi də təşkil olunmuşdur. Ən yaxşı rəsm əsərinə görə uşaqlar mükafatlandırılmışlar. Kurs və məşğələlər Birliyin pedaqoji təhsilli və müvafiq ixtisaslı üzvləri tərəfindən aparılmışdır. Bu kurslardan əlavə Mərkəzdə uşaqlar üçün müxtəlif mədəni-kütləvi tədbirlər və təlimlər keçirilmişdi. Ayda iki dəfə onlar tarix və mədəniyyət abidələrinə ekskursiyalara aparıldı, kollektiv şəkildə kino, konsert və tamaşalara baxış keçirdilər. Dörd ay müddətində reallaşan tədbirlər uşaqların mənəvi istirahətini təmin etməklə, asudə vaxtlarını səmərəli keçirməsinə, həmyaşıdları ilə ünsiyyətinə, fəal ictimai mövqeyə sahib çıxmalarına imkan yaratdı. Əsmayə xanım Cavadova əlavə etdi ki, uşaqlar bizim dövlətimizin gələcəyidir, hər bir şəxs onlardan qayğını əsirgəməməlidir və ?Qayğı? Mərkəzində uşaqların mənəvi reabilitasiya olunmasına çalışırlar. Uşaqların cəmiyyətdə özlərini bərabərhüquqlu vətəndaş kimi hiss etməsi, cəmiyyətə inteqrasiya olmaları, baxışlarının dəyişməsi üçün ?Vəfa? Ziyalı Qadınlar Birliyi artıq neçə illərdir ki, valideyn himayəsindən məhrum olan, o cümlədən xəstə və əlil uşaqlara maddi-mənəvi dəstək göstərir. Ölkə başçısı İlham Əliyevin qayğısı ilə gəncləri peşəyönümünə istiqamətləndirmək, asudə vaxtlarını səmərəli keçirmək üçün hər cür şərait yaradılır və dövlət səviyyəsində görülən işlərə dəstək vermək üçün biz ziyalılar öz bilik və bacarıqlarımızı, imkanlarımızı səfərbər etmişik. QHT Dövlət Dəstəyi Şurasının üzvlərinə layihəmizi qiymətləndirdiklərinə görə minnətdaram. Tədbirdə iştirak edən qonaqlar, KİV nümayəndələri ?Vəfa? Ziyalı Qadınlar Birliyinin həyata keçirdiyi layihəni əhəmiyyətindən danışaraq, görülən işləri yüksək qiymətləndirdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA