Bəzi təhsil işçilərinə 42 gün məzuniyyət veriləcək

img

30-04-2018 [15:25]


Azərbaycanda təhsil müəssisələrində rəhbər işçilərə, defektoloqlara, loqopedlərə, musiqi rəhbərlərinə və psixoloqlara verilən əmək məzuniyyətinin müddəti müəyyənləşib.

Bununla bağlı Əmək Məcəlləsinin 118-ci (Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddətləri) 2-ci hissəsinin "a” bəndinə dəyişiklik edilir.

Dəyişikliyə əsasən, təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, tərbiyəçi-müəllimlərinə, metodistlərə, defektoloqlara, loqopedlərə, musiqi rəhbərlərinə, psixoloqlara əmək məzuniyyəti 42 gün müddətinə veriləcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA