“Yolları bağlayın, hərəkəti iflic edin” – Paşniyan və tərəfdarları yenidən meydanlarda + CANLI YAYIM

img

29-04-2018 [13:23]


Ermənistan keçirilən etiraz aksiyalarına rəhbərlik edən Nikol Paşinyan tərəfdarlarına müraciət edərək onlara tapşırıqlar verib.

Mia.az Axar.az-a istinadən bildirir ki, Paşinyan Ermənistanın bütün regional mərkəzlərində görüşlər keçirəcəyini bildirib.

Onun sözlərinə görə, bu görüşlər zamanı müəyyən problemlərin həllinə yönəlik əhəmiyyətli müzakirələr olacaq.

Bundan sonra Nikol Paşinyan İrəvanda dinc sivil itaətsizlik tədbirlərinin bərpasına çağırıb. Bundan əlavə, paytaxtda yürüş və mitinq keçiriləcəyini elan edib.

Hazırda Paşinyan etirazçılara yolları bağlamağı və nəqliyyatın hərəkətini iflic etməyi tapşırıb.

Müxalif lider 19:00-da Respublika meydanında mitinqin baş tutacağını bəyan edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA